Türkiyədəki zəlzələ Hatayda dağıntılara səbəb olub - 100-dən çox ölü var
Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,7 bal gücündə güclü zəlzələ Suriya ilə sərhəddə yerləşən Hatay əyalətində dağıntılara səbəb olub.
"Hələb, Latakiya, Hama və Tartus əyalətlərində 111 nəfər həlak olub, 516 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Fırtınalı havada və güclü yağışda xilasetmə işləri aparılır.
Bundan əvvəl Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayının 100-ü ötdüyü bildirilirdi.
Al Hadath telekanalı Hələb, İdlib, Latakiya və Həma əyalətlərində insanların dağıntılar altında qaldığını bildirib. Artıq 400 nəfər dağıntılar altından xilas edilib.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb.
Zəlzələnin gücü 7,7 bal olub. Zəlzələnin episentri Kahramanmaraşın Pazarçik rayonu olub. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu bildirib ki, zəlzələ ilə əlaqədar ölkədə ən yüksək həyacan siqnalı elan edilib.
www.anews.az
Suriya Səhiyyə Nazirliyi Suriyanın şimalında baş verən güclü zəlzələ qurbanlarının sayının 111 nəfərə yüksəldiyini, 500-dən çox insanın xəsarət aldığını bildirib.
Fırtınalı havada və güclü yağışda xilasetmə işləri aparılır.
Bundan əvvəl Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayının 100-ü ötdüyü bildirilirdi.
Al Hadath telekanalı Hələb, İdlib, Latakiya və Həma əyalətlərində insanların dağıntılar altında qaldığını bildirib. Artıq 400 nəfər dağıntılar altından xilas edilib.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb.
Zəlzələnin gücü 7,7 bal olub. Zəlzələnin episentri Kahramanmaraşın Pazarçik rayonu olub. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu bildirib ki, zəlzələ ilə əlaqədar ölkədə ən yüksək həyacan siqnalı elan edilib.
Türkiyədə yeraltı təkanlar 10 əyalətdə hiss olunub. Ən azı 22 afterşok olub, onlardan bəzilərinin gücü 6 baldan da böyük olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox