• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Kapital Bank yenə də müştərilərin kreditini ödəyəcək

Kapital Bank yenə də müştərilərin kreditini ödəyəcək
06.02.2023 11:26
Kapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən "Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər. 

3 mart və 5 aprel tarixlərində keçirilən tirajlar zamanı hər ay üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 5 aprel 2023-cü il tarixində keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək. 

Qaliblər 3 mart və 5 aprel 2023-cü il tarixlərində, saat 11:00-da, Bankın "Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq. Bankın Facebook sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün - https://kbl.az/kbgtkl. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
İqtisadiyyat 15:25
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
İqtisadiyyat 15:00
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İqtisadiyyat 14:58
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
İqtisadiyyat 14:50
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İqtisadiyyat 14:37
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
İqtisadiyyat 14:02
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol