Yunanıstan və Bolqarıstan Türkiyəyə başsağlığı verdi
Bolqarıstan və Yunanıstan Türkiyəyə baş vermiş zəlzələyə görə başsağlığı verib. Bu barədə Bolqarıstan XİN tviter səhifəsində paylaşım edib.
"Dünən gecə Anadolunu cənub-şərqində olan şiddətli zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı, yaralılarla bağlı təcili şəfa diləklərimizi çatdırırıq. Türkiyənin əziz insanları və hökuməti bu çətin vaxtda Bolqarıstanın dəstəyinə güvənə bilər", - deyə bildirilib.
Həmçinin Yunanıstanın baş naziri Kirakos Mitsotakis də başsağlığını ifadə edərək Ankaraya yardım təklif edib.
Gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox