Türkiyədə Ceyhan neft yatağı fəaliyyətini dayandırıb
Türkiyədə baş verən zəlzələ nəticəsində Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Bu barədə "Reuters” agentliyi məlumat yayıb.
İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərləri ilə neftin nəqli davam etdirilir.
Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.
Zəlzələ nəticəsində azı ölənlərin sayı 912 nəfərə çatıb. Təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb.
Regionlar üzrə itkilər və dağıntılar barədə statistika məlumatlar:
Hatay: 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb.
Hatay: 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb.
Osmaniye: 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb.
Adıyaman: 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb.
Diyarbakır: 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb.
Şanlıurfa: 18 nəfər ölüb, 200 yaralı var. 60 bina dağılıb.
Qaziantep: 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb.
Kilis: 8 nəfər ölüb, 200 yaralı var. 50 bina uçub.
Adana: 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb.
Malatya: 47 nəfər həlak olub, 550 yaralı var. 300 bina uçub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox