• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Türkiyədə zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşların nəzərinə!

Türkiyədə zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşların nəzərinə!
07.02.2023 09:47
6 Fevral 2023-cü il tarixində səhər saatlarında Türkiyənin cənub-şərqində meydana gələrək çox ciddi dağıntı və itkilərə səbəb olan zəlzələ ilə bağlı öz dəstəyini göstərmək istəyənlərə Ziraat Bank Azərbaycan hesab nömrəsi açıb. 
 
Belə ki, Bank baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul edib. Bankdan əldə edilən məlumata əsasən, təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər:

Hesab Adı: T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı
Alıcı Bank: T.C. ZİRAAT BANKASI A.Ş.
Alıcı Filial: ANKARA KAMU KURUMSAL ŞUBESİ
TL hesabı : TR 73 0001 0017 4555 5555 5552 04
USD hesabı : TR 46 0001 0017 4555 5555 5552 05
EUR hesabı: TR 19 0001 0017 4555 5555 5552 06
Bankın SWIFT Kod № : TCZBTR2A 
 
"Ziraat Bank Azərbaycan” ASC, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol