Rusiya ötən sutka ərzində Ukraynaya 6 raket və 24 hava zərbəsi endirib
Rusiya ötən sutka ərzində Ukraynaya 6 raket və 24 hava zərbəsi endirib. UNİAN- xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, raket xüsusilə Xarkov, Donetsk, Dnepropetrovsk və Xerson vilayətlərinə atılıb və mülki şəxslərə 75 hücum həyata keçirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində işğalçıların cəmləşdiyi ərazilərə 9 , zenit-raket komplekslərinin mövqelərinə isə iki raket zərbəsi endirib.
UNİAN-ın daha bir məlumatına görə, Rusiya əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatları keçirməyi planlaşdırır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox