"Qazprom" un rəhbəri "SOCAR"ın rəhbəri ilə müzakirələr aparıblar

"Qazprom”un rəhbəri Aleksey Miller və Azərbaycan SOCAR-ın rəhbəri Rövşən Nəcəf şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətlərini müzakirə ediblər, bu barədə Rusiya holdinqinin açıqlamasında bildirilir.
"Aleksey Miller ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövşən Nəcəf arasında işgüzar görüş keçirilib. Tərəflər şirkətlər arasında qarşılıqlı fəaliyyətin gedişini, eləcə də əməkdaşlığın inkişafı üçün mümkün istiqamətləri müzakirə ediblər",- açıqlamada bildirilib.
2022-ci ilin noyabrın 15-də "Qazprom” SOCAR ilə yeni müqavilə əsasında Azərbaycana qaz tədarük etməyə başlayıb və onun çərçivəsində 1 milyard kubmetrə qədər qaz tədarük edəcək.
2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər: 2023-cü ilə qədər qüvvədə olan müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya qazın tədarükü, eləcə də 2020-ci ildə eyni həcmdə qazın nəqlini nəzərdə tuturdu.
Daha sonra Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak TASS-a müsahibəsində bildirib ki, Rusiya Federasiyası və Azərbaycan qaz mübadiləsini müzakirə edə bilərlər.

SOCAR Azərbaycanın ən böyük dövlət neft-qaz şirkətidir. Şirkətin fəaliyyətinə neft, təbii qaz və qaz kondensatının kəşfiyyatı, hasilatı, emalı, nəqli və satışı daxildir.
Gülnar
www.anews.az