ABŞ-da inflyasiyanın yavaşıması tez olmayacaq - FED
Əmək Departamenti tərəfindən keçən həftə açıqlanan məlumatlar göstərdi ki, yanvar ayında ABŞ-da iş yerlərinin artımı gözləniləndən xeyli çox olub və işsizlik 3,4%-ə düşüb. Bu inflyasiyaya gücləndirici təsir edə bilər. Bunu ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel bildirib.
Çərşənbə axşamı Vaşinqton İqtisadiyyat Klubunda müzakirələr zamanı Pauell, "bu, bir növ göstərir ki, niyə inflyasiyanın yavaşlaması xeyli vaxt aparacaq bir proses olacaq".
İnflyasiyanın FED-in 2% hədəfinə qədər azaldılması "çox güman ki, kifayət qədər vaxt aparacaq" deyib.
"Biz düşünmürük ki, hər şey rahat keçəcək. Əngəllər ola bilər", - Pauel bildirib.
Onun sözlərinə görə, bu səbəbdən, FED "faiz dərəcələrini artırmağa davam etməli" olacaq.
"Biz düşünürük ki, siyasəti bir müddət məhdudlaşdırıcı səviyyədə saxlamalı olacağıq", - o vurğulayıb.
FED son 12 ayda uçot dərəcəsini 4,5 faiz bənd artırıb ki, bu da 1980-ci illərdən bəri ən sürətli artımdır.
Mərkəzi Bankın dekabrda açıqladığı son proqnozlarına görə, bu ilin sonuna ölkədə işsizlik təxminən 4,6%-ə yüksələcək.
Eyni zamanda, Əmək Nazirliyinin məlumatına görə, yanvarda işəgötürənlər iş yerlərinin sayını 517 min nəfər artırıb, işsizlik isə 3,4%-ə düşüb. Bu da 1969-cu ildən bəri ən aşağı göstəricidir.
The Wall Street Journal-ın sorğusuna qatılan analitiklər artımın cəmi 187 min olacağını gözləyirdilər. Bundan əlavə, agentlik əvvəlki iki ayda iqtisadiyyatda iş yerlərinin sayı ilə bağlı məlumatları yuxarıya doğru yenidən nəzərdən keçirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox