• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Nəcəf və Miller əməkdaşlıq barədə müzakirələr aparıb

Nəcəf və Miller  əməkdaşlıq barədə  müzakirələr aparıb
07.02.2023 23:13
"Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövşən Nəcəflə işgüzar görüş keçirib. Bu barədə Qazprom məlumat verib. 

"Tərəflər şirkətlər arasında qarşılıqlı fəaliyyətin gedişatını, həmçinin əməkdaşlığın inkişafı üçün mümkün istiqamətləri müzakirə ediblər", - "Qazprom"dan bildiriblər.

Hazırda Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edir. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, qış mövsümündə isə Rusiyadan Azərbaycana analoji həcmdə qaz nəqlini nəzərdə tutur. Tədarükün həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlakının səviyyəsindən asılıdır. Mexanizm tərəflərə öz neft-qaz infrastrukturundan optimal istifadə etməyə imkan verəcək.

Bundan əlavə, iki ölkə hazırda qaz ticarət mərkəzinin yaradıldığı Türkiyə bazarının qaz tədarükçüsüdür.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
İqtisadiyyat 15:25
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
İqtisadiyyat 15:00
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İqtisadiyyat 14:58
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
İqtisadiyyat 14:50
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İqtisadiyyat 14:37
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
İqtisadiyyat 14:02
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol