Meksika axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Meksika Türkiyədə baş verən güclü zəlzələdən sonra dağıntıların boşaldılmasına kömək etmək üçün axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir. Bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, 16 təlim keçmiş iti olan təyyarə paytaxt Mexikodan yola düşüb.
Zəlzələlərin tez-tez baş verdiyi Meksikada mülki və hərbi ekspert axtarış-xilasetmə qrupları var.
İtlər 2017-ci ildə ölkədə baş verən zəlzələdə insanların həyatını xilas etməkdə oynadıqları rola görə yüksək qiymətləndirilib.
Frida adlı Labrodor Retriever, Mexikoda qoruyucu eynək və ayaqqabı taxaraq çəkiləndən sonra beynəlxalq aləmdə məşhurlaşıb.
Donanma rəsmilərinin bildirdiyinə görə, Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfəri xilas edib.
Mülki xilasetmə qrupu Los Topos de Tlatelolco da hərbi xilasedicilərlə birlikdə yola düşüb.
Qrupun təcrübəli könüllüləri Meksikanın xarici işlər naziri Marselo Harbarda mesaj göndərərək kömək edə biləcəklərini bildiriblər.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox