Azərbaycanın qeyri-neft məhsullarının ixracı artıb - NAZİR

2022-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3,048 milyard ABŞ dolları təşkil edib, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib.
Aytac Zeynalova
www.anews.az
"İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində əvvəlki ilə nisbətən 12,3 % artaraq 3 milyard 048 milyon ABŞ dolları təşkil edib", - nazir bildirib.
2022-ci ilin yanvar-dekabrında kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-dekabrında ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.
Aytac Zeynalova
www.anews.az