• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları
09.02.2023 12:16
Yardım etmək istəyən abunəçilər mobil telefon üzərindən "Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ianə edə bilərlər


"Azercell Telekom" MMC "Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə vermək, Türkiyə xalqına dəstək olmaq istəyən abunəçilərinə ianə etmək üçün qısa nömrə təqdim edib.

Azercell abunəçiləri 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə "Nargis” Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər.

Abunəçilərin həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə də bu xeyirxah təşəbbüsə qoşulmaq imkanı var. 8116 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 10, 15, 20, 30 və ya 50 açar sözü göndərməklə müvafiq məbləğdə ianə etmək olar.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur. Sorğunu  göndərdikdən sonra abunəçilərə ödənişin statusu ilə bağlı cavab gəlir. Ətraflı məlumat üçün +994125265493 ("Nargis” Fondu) nömrəsinə,  www.yardim.et  (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) səhifəsinə müraciət etmək olar.

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət "Azercell Könüllüləri” komandası  Türkiyəyə dəstək məqsədilə başlatdığı yardım aksiyasını da davam etdirir. 
Azercell şirkəti Türkiyə xalqına səbir və bu fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılmasını diləyir.

#TürkiyəSəninləyik


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
İqtisadiyyat 17:12
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq- Dünya Bankı
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci
Qadınlar” yarmarkası
İqtisadiyyat 16:17
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
İqtisadiyyat 15:41
"Azərişıq" ASC son 10 ildə enerjiyə nə qədər qənaət edib? - Açıqlama
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
İqtisadiyyat 15:25
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
İqtisadiyyat 15:00
Ölkənin 97%-i qazlaşdırılıb - Baş direktor
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İqtisadiyyat 14:58
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
İqtisadiyyat 14:50
Ağdərəyə ilk dəfə 21 ailə köçürülüb
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İqtisadiyyat 14:37
Enerji səmərəliyi istiqamətində ciddi islahatlar aparılır -Komitə sədri
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
İqtisadiyyat 14:02
İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol