• $
  • £

Bakıdan Türkiyəyə nə qədər yardım göndərilib?- AÇIQLAMA

Bakıdan Türkiyəyə nə qədər yardım göndərilib?- AÇIQLAMA
09.02.2023 14:40
Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib. Bunu  Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib.

Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur".

Aygor vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir".

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 014 nəfər ölüb, 63 794 nəfər yaralanıb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Dünya 16:52
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
İran Türkiyəyə ballistik raket atıb
Dünya 15:49
İran Türkiyəyə ballistik raket atıb
Xamenei ilə vida mərasimi ləğv edilib
Dünya 14:58
Xamenei ilə vida mərasimi ləğv edilib


Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb
Dünya 14:25
Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb

İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur
Dünya 13:01
İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur

ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Dünya 12:49
ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol