Qaz qovşağı ilə bağlı keçiriləcək sammitin günü bəlli oldu

Türkiyə qaz qovşağının yaradılması ilə bağlı sammitin keçirilməsi vaxtı fevralın 14-15-dən fevralın 21-22 -ə təxirə salınıb. Buna səbəb Türkiyədə baş verən zəlzələ olub.Bu barədə məlumatlı mənbələrdən İnterfax agentliyinə bildirilib.
İstanbulda keçiriləcək qaz sammitinin Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiyada "mavi yanacaq” istehsal edən ölkələrin, eləcə də Avropadan olan istehlakçıların iştirakı nəzərdə tutulub. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih DönməzDmitri Peskov da Bakıda jurnalistlərə bildirib.
Bu arada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Türkiyədə qaz qovşağının yaradılması məsələsinin müzakirəsinin zəlzələ səbəbindən gecikə biləcəyini deyib.
O bildirib ki, Türkiyədə baş verən güclü zəlzələ bu ölkədə qaz qovşağının yaradılmasını gecikdirə bilər, lakin layihə həyata keçiriləcək.
"Əlbəttə, indi qaz qovşağı layihəsi Türkiyə Respublikası üçün prioritet ola bilməz, biz buna anlayışla yanaşırıq. Müvafiq olaraq, bir növ gecikmə ola bilər", - Dmitri Peskov cümə axşamı jurnalistlərə Türkiyədə baş verən zəlzələnin layihənin həyata keçirilməsini necə təsir edə biləcəyi sualını cavablandırarkən deyib.
"Biz şübhə etmirik ki, Türkiyə bu fəlakətin öhdəsindən gələcək, zərərçəkənlərə bütün lazımi yardımı göstərəcək və dağılmış şəhərləri bərpa edəcək”, - Peskov əlavə edib.
"Buna görə də, bəli, qaz qovşağının yaradılması bir az gecikə bilər, amma əslində bu, planların həyata keçirilməsinə təsir etməyəcək", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.
Türkiyə qaz qovşağının yaradılması təklifi ilə keçən il çıxış edib. Bu qovşaq bir neçə ölkədən qazın alınmasını və Avropaya nəqlini təmin etməyi nəzərdə tutur.
N.Təbrizli
www.anews.az