ABŞ Türkiyə və Suriyaya yardım üçün 85 milyon dollar ayıracaq
ABŞ Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən sonra bu ölkələrə yardım məqsədilə 85 milyon dollar ayıracaq. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilib.
Vəsait humanitar təşkilatlar vasitəsilə hər iki ölkədə zərərçəkmiş milyonlarla insana təcili ehtiyac duyulan yardımın çatdırılmasına yönəldiləcək.
Zəlzələ ilə əlaqədar ABŞ Türkiyəyə hər biri 79 nəfərdən ibarət 158 nəfərlik iki axtarış-xilasetmə qrupu da daxil olmaqla əlavə yardım qrupları göndərib.
Britaniya Türkiyəyə 76 nəfərlik xilasetmə qrupu, həmçinin xilasedici avadanlıq və axtarış üçün təlim keçmiş itləri göndərib.
İsveçrə axtarış-xilasetmə işlərini həyata keçirmək üçün zəlzələ bölgəsinə 80 nəfərlik bir qrup göndərməyə qərar verib.
İsveçrə axtarış-xilasetmə işlərini həyata keçirmək üçün zəlzələ bölgəsinə 80 nəfərlik bir qrup göndərməyə qərar verib.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 17 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.
Suriyada isə Hələb, Latakiya, Tartus və Həma əyalətləri zəlzələdən zərər çəkib. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 3 162 mindən çox insan zəlzələnin qurbanı olub, zərərçəkənlərin sayı 3 mini ötüb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox