Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,03 % artaraq 86,36 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda "Brent” markalı neftin aprel fyuçersləri 84,26 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
www.anews.az