Azərbaycanlı deputatlar zəlzələdən zərərçəkmiş bölgəyə 40 generator göndərib
Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə 40 ədəd daşınan generator göndərib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
"Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub. Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib", - açıqlamada qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 6-da baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin müntəzəm humanitar yardımı olan xüsusi təyinatlı avtomobilləri Türkiyəyə yola düşüb.
Məlumata görə, zəlzələdən zərərçəkənlərin yerləşdirilməsi üçün nazirliyin 16 avtomobilinə 830 çadır və 279 qızdırıcı göndərilib.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə humanitar yardım daşıyan təyyarə havaya qalxıb. Yardıma zəlzələ qurbanlarının yerləşdirilməsi üçün 200 çadır və 183 qızdırıcı daxildir.
Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 mini keçib.
Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin hər yerində dövlət bayraqları yarıya qədər dalğalanır.
Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox