Ceyhan terminalında Azərbaycan neftinin ixracı həyata keçirilmir- BP
Ceyhan terminalında Azərbaycan neftinin ixracı həyata keçirilmir. Bu barədə BP məlumat yayıb.
Türkiyədə baş verən zəlzələdən İraq neftini Ceyhana nəql edən boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərlər ilə neftin nəqli davam etdirilir.
Ceyhan terminalı Batman Dörtyol Neft Boru Kəmərinin sistemi zəlzələdən 39 saat sonra istifadəyə veriib.
Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.
Şimali İraq üçün mühüm terminal olan Ceyhandan yanvarda gündəlik 1 milyon bareldən çox neft ixrac edilib.
Ceyhan terminalında hər birinin tutumu 1 milyon barrel olan 7 neft çəni var. Bundan başqa Sanqacal terminalında da ümumi tutumu 2,5 milyon barrel təşkil edən rezervuarlar mövcuddur. AÇG-dən gündəlik neft hasilatı 650.000 barrel təşkil edir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox