Türkiyədə zavodda partlayış zamanı onlarla insan yaralanıb
Türkiyənin Balıkesir şəhərinin Susurluk rayonunda zavodda qaz sızması nəticəsində baş verən partlayışda 18 nəfər yaralanıb.
Bu barədə "Habertürk”ə məlumat verilib.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.
Yaralıların bəziləri təcili yardım maşınları tərəfindən Susurluk Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 5 nəfər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox