• $
  • £

Azərbaycandan 100 könüllü zəlzələ bölgəsinə yardım üçün getdi

Azərbaycandan 100 könüllü zəlzələ bölgəsinə yardım üçün getdi
13.02.2023 13:57
Azərbaycan Gənclər Fondu Türkiyənin cənub-şərqində zəlzələdən əziyyət çəkən vətəndaşlara yardım üçün 100 könüllü göndəri. Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
 
"Könüllülərimiz təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri dağılmış insanların yemək və tibbi ləvazimatla təmin edilməsində, habelə Türkiyə Gənclər Fondu ilə Azərbaycan Gənclər Fondunun Kahramanmaraşın mərkəzində yerləşən qərargah ərazisində humanitar yardımların qəbul edilərək çeşidlənməsində fəal iştirak ediblər. Tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi və daha sonra peşəkar həkimlərə yönləndirilməsi, eləcə də uşaqlara psixoloji dəstək xidmətləri təşkil olunub", - açıqlamada qeyd olunub.
 
Azərbaycanlı könüllülər Qəhrəmanmaraş, Adıyaman və Xətaidə humanitar fəaliyyətlərdə iştirak edirlər.
 
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 mini keçir.b

Türkiyə prezidenti Ərdoğan bununla bağlı ölkədə 3 ay fövqəladə vəziyyət elan edib. Təbii fəalkət qurbanları üçün 7 günlük matəm elan olunub. 

Baş verən hadisə ilə bağlı Türkiyə dünyanın 95 ölkəsindən yardım təkliflərini qəbul edib. BMT-nin baş katibi də bu faciəsini "əsrin fəlakəti"ndən biri kimi adlandırıb. 

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Cəmiyyət 16:02
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
Cəmiyyət 15:53
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Cəmiyyət 15:39
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Azərbaycanda qadınların təmsilçiliyi 20%-ə yüksəlib – Dövlət Komitəsi
Cəmiyyət 15:31
Azərbaycanda qadınların təmsilçiliyi 20%-ə yüksəlib – Dövlət Komitəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol