• $
  • £

Volodin Qarabağla bağlı AŞPA və AP qarışmasının əlehinə çıxıb

Volodin Qarabağla bağlı AŞPA və AP qarışmasının əlehinə çıxıb
13.02.2023 16:42
Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunması yeni problemlər yaradacaq. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarova ilə görüşündə deyib.

"Avropa Parlamentinə müraciət etməzdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməzdən əvvəl biz cavab verməliyik: ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olundu? Belə bir nümunə yoxdur", - Volodin bildirib.
 
Volodin keçmiş Almaniya kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Ollandın Ukrayna ilə bağlı əvvəlki bəyanatlarını xatırladaraq deyib ki,  indi məlum oldu ki, onlar bütün dünyanı aldatdılar, yalan danışdılar.

"Ona görə də Avropa Parlamentini və AŞPA-nı işə cəlb etmək istəyənlər 10 dəfə düşünməli və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında necə bitəcəyini düşünməlidirlər. Sülh istəyən, vəziyyəti həll etmək istəyən başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha da problemlər yaradacaq. Və bunu edərlərsə, nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - Volodin vurğulayıb.

Bununla bağlı siyasətçi Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Qarabağ nizamlanması ilə bağlı qərarlarından çıxış etməyə və onları həyata keçirməyə çağırıb.
 
"Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”, - siyasətçi çıxışını yekunlaşıdıb
 
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova öz növbəsində vurğulayıb ki, Azərbaycan Rusiya prezidenti Vladimir Putinin Qarabağ nizamlanmasında rolunu yüksək qiymətləndirir.
 
Gülnar Nazimıqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol