ABŞ səfirliyi amerikalıları Rusiyanı tərk etməyə çağırıb
ABŞ səfirliyi Rusiya hərbi qüvvələrinin Ukraynaya təxribatsız müdaxiləsinin gözlənilməz nəticələrinə görə öz vətəndaşlarını Rusiyaya gəlməməyə və onu təcili tərk etməyə çağırıb. Bu barədə bəyanat diplomatik nümayəndəliyin saytında dərc olunub.
Bildirilir ki, Rusiya kəşfiyyat orqanları tərəfindən qanunsuz həbs, özbaşınalıq, uçuşlara qadağa qoyulması və səfirliyin konsulluq yardımı göstərmək imkanlarının məhdudluğuna görə bu addım atılır.
Hesabatda vurğulanır ki, sentyabrda səfərbərlik elan edildikdən sonra Rusiya ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, vətəndaşları konsulluq yardımından məhrum edə, onları hərbi xidmətə cəlb edə, habelə ölkədən çıxmasına mane ola bilər.
Səfirlik həmçinin bildirir ki, ABŞ vətəndaşları bilməlidirlər ki, ABŞ-ın kredit və debet kartları Rusiyada işləmir və Rusiya banklarına tətbiq edilən sanksiyalara görə ABŞ-dan elektron köçürmə imkanları son dərəcə məhduddur.
ABŞ səfirliyi hər hansı siyasi və sosial etirazlardan qaçmağı və Rusiya təhlükəsizlik işçilərinin şəklini çəkməməyi tövsiyə edir.
ABŞ səfirliyi sonuncu dəfə oxşar xəbərdarlığı sentyabrın 27-də, Rusiya səfərbərliyi elan edildikdən bir həftə sonra verib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox