Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib
İranın paytaxtı Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib.
Məlumatı "Azad İran” yayıb.
Bildirilib ki, fevralın 13-də birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslər ağır yaşayış şəraitinə, onların bərpasına ayrılmış büdcənin verilməməsinə və bu sosial təbəqədən olan vətəndaşların problemlərinə hökumətin laqeyd münasibətinə etiraz ediblər.
Aksiya iştirakçıları İranın Dövlət Proqram və Büdcə Təşkilatının binası önünə toplaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox