Zəlzələdən 10 yaşlı qız 185 saatdan sonra xilas edilib – VİDEO
Kahramanmaraşda axtarış-xilasetmə işləri zamanı 10 yaşlı Ayça adlı qız zəlzələdən 185 saat sonra dağıntılar altından sağ çıxarılıb. Bu barədə İHA ajansının telegram kanalından bildirilib.
10 yaşlı Ayça axtarış-xilasetmə işləri aparan Ankara Xilasetmə Qrupu və Jandarma Axtarış-Xilasetmə (JAK) qrupları tərəfindən dağıntılar altından çıxarılıb.
Xilas edilən qız xəstəxanaya aparılıb.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 31 643 mindən çox insan ölüb
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox