Türkiyənin bu vilayəti sökülüb, yenidən tikiləcək
Türkiyənin Qaziantep vilayətinin Nurdağ rayonu tamamilə sökülüb, yenidən tikiləcək. İHA xəbər verir ki, bu barədə Nurdağındakı axtarış-xilasetmə işlərinə nəzarət edən Şırnak valisi Osman Bilgin jurnalistlərə açıqlamasında bildirib.
Bildirilir ki, buna səbəb zəlzələdən sonra həmin ərazinin böyük zərər görməsidir.
Osman Bilgin dağıntılar altındakı ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Nurdağında hazırda 8 mənzildə dağıntılar altından axtarış-xilasetmə işləri aparılır.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 bal gücündə zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox