İsveçrə Rusiyanın aktivlərini dondurub
İsveçrə Rusiyanın 7,95 milyard dollar milyard dəyərində aktivlərini bloklayıb. Bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) hesabatında bildirilib.
İsveçrənin 6 regionunda Rusiyaya məxsus 15 mülk bloklanıb.
"2021- ci ilin 3 iyul tarixinə olan məlumatlara görə, Rusiya vətəndaşlarının və ya fiziki və hüquqi şəxslərinin SECO-ya bəyan edilmiş əmanətlərinin ümumi məbləği 46,1 milyard frank təşkil edib. 25 noyabra qədər müddət ərzində dondurulmuş aktivlərin məbləği isə 7,5 milyard İsveçrə frankı təşkil edib” – SECO vurğulayıb.
İsveçrənin İqtisadiyya üzrə Dövlət Katibliyinin rəsmi nümayəndəsi Markus Sporndlinin sözlərinə görə, Credit Suisse-in açıqladığı məlumatlara təkcə İsveçrə sanksiyaları nəticəsində dondurulmuş vəsaitlər deyil, həm də digər ölkələrdə sanksiya tətbiq edilmiş şəxslərə və təşkilatlara məxsus vəsaitlər daxildir.
"İqtisadiyyat Nazirliyi bu məlumatlara münasibət bildirə bilməz",- dövlət katibi vurğulayıb
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox