Azərbaycan elektrik enerjisi istehsalını 8%, ixracı 2 dəfə artırıb

2023-cü ilin yanvarında Azərbaycanda elektrik enerjisi istehsalı 2022-ci ilin yanvarı ilə müqayisədə 7,7% artaraq 2 milyard 755,9 min kVt/saat təşkil edib. Bu barədə ölkənin energetika naziri Pərviz Şahbazov Tvitter hesabnda bildirib.
"2023-cü ilin yanvarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisi istehsalı 7,7% artaraq 2 milyard 755,9 milyon kilovatsaata çatıb. Bununla yanaşı, Azərbaycandan elektrik enerjisinin ixracı 512,6 milyon kilovatsaat, idxalı isə 10,8 milyon kilovatsaat təşkil edib”, - Şahbazov yazıb.
2022-ci ilin yanvarında Azərbaycandan elektrik enerjisinin ixracı 247,2 milyon kilovatsaat, idxalı isə 10,7 milyon kilovatsaat təşkil edib.
Belə ki, 2022-ci ilin yanvarında ixrac 2,1 dəfə, idxal 0,9% artıb.
2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 28 milyard 988,5 min kilovatsaat (artım 4 faiz) təşkil edib. Bununla yanaşı, Azərbaycandan elektrik enerjisinin ixracı 3 milyard 3,8 milyon kilovatsaat (artım 79,5 faiz), idxalı isə 137,1 milyon kilovatsaat (azalma 9,6 faiz) təşkil edib.
N.Təbrizli
www.anews.az