Google Pay və Apple Pay vasitəsilə əməliyyatların həcmi açıqlanıb

Azərbaycanda 2022-ci ildə "Google Pay” və "Apple Pay” mobil ödəniş sistemləri üzrə əməliyyatların həcmi 743,7 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
"Apple Pay” sistemində 2022-ci ildə ölkədə 11 bank vasitəsilə 658 milyon manat dəyərində 21,8 milyon ödəniş həyata keçirilib.
Öz növbəsində, ölkənin 11 bankı vasitəsilə "Google Pay” sistemində ödənişlərin sayı 4 milyon, həcmi isə 85,7 milyon manat təşkil edib.
Azərbaycanda təmassız ödəniş sistemi Apple Pay 2 noyabr 2021-ci ildə, Google Pay isə 23 avqust 2022-ci ildə istifadəyə verilib.
N.Təbrizli
www.anews.az