Əliyev Putinə zəng etdi
Rusiya prezidenti Vladimir Putin və İlham Əliyev çərşənbə axşamı telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələri müzakirə ediblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İki ölkə liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib və Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ardıcıl addımların vacibliyini qeyd ediblər.
"Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında bütün müvafiq sazişlərin ən yüksək səviyyədə qeyd-şərtsiz yerinə yetirilməsi əhval-ruhiyyəsi təsdiqlənib", - prezidentin mətbuat xidməti bildirib.
Rusiya Bakı ilə İrəvan arasında vəziyyətin həllində vasitəçi kimi çıxış edib, o cümlədən Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ev sahibliyi edib. Moskvanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı bəyanat qəbul edilib. 2021-ci ilin yanvarında isə Kremldə keçirilən üçtərəfli görüşdən sonra (Putinin iştirakı ilə) Qarabağda yeni infrastruktur layihələri ilə bağlı birgə bəyanat imzalanıb.
Rusiya və Azərbaycan prezidentləri sonuncu dəfə ötən ilin dekabrında telefonla danışıblar. Daha sonra gündəliyə Moskva, Bakı və İrəvan arasında razılaşmaların yerinə yetirilməsi məsələsi də daxil edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox