Almaniyada Türkiyə üçün toplanan humanitar yardımlar yandırılıb
Almaniyada terrorçular Türkiyədə baş verən güclü zəlzələ nəticəsində əhaliyə yardım üçün toplanan humanitar yardımı yandırıblar. Bu barədə Türkiyənin İHA agentliyi məlumat verib.
Bildirilir ki, hadisə fevralın 13-də baş verib.
Məlumata görə, 30 yanğınsöndürən maşın əraziyə cəlb olunub.
Yerli polis tərəfindən bildirilir ki, toplanan bütün yardımlar yanğın zamanı məhv olub.
"Hazırda yanğının səbəbləri barədə heç nə deyə bilmərik. Kamera görüntülərinə baxılır. Kadrlardan məlum olub ki, iki nəfər Türkiyə bayrağını çıxarıb alovun içinə atır”, - polis əməkdaşı vurğulayıb
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox