Dünya Bankının prezidenti istefa verir
Dünya Bankının prezidenti David Malpas 2023-cü ilin iyunun 30-dək vəzifəsini tərk edəcəyini açıqlayıb. Bu barədə "Bloomberg” məlumat yayıb.
Məlumata görə, prezidentin fəaliyyət müddəti 2024 cü ildə bitir. Amma o öz vəzifəsindən 1 il əvvəl istefa verəcək.
66 yaşlı prezident bu vəzifəyə 2019 cu ildə ABŞ keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilib.
Prezidentin istefa qərarının səbəbi hələki açıqlanmır.
O, 2022-ci ildə iqlim dəyişikliyinin səbəbləri ilə bağlı konfransda suala səhv cavab verdikdən sonra mübahisələrlə üzləşib və nəticədə onun vəzifədən çıxarılması ilə çağırışlar səslənib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox