• $
  • £

AYİB qaz qiymətləri və inflyasiya ilə bağlı artım proqnozunu aşağı salıb

AYİB qaz qiymətləri və  inflyasiya ilə bağlı artım proqnozunu aşağı salıb
16.02.2023 10:27
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yüksək təbii qaz qiymətləri və davam edən inflyasiya təzyiqləri fonunda proqramlarının olduğu ölkələr üçün 2023-cü ildə artım proqnozunu 2,1%-ə endirib. Bu barədə bankın regionda iqtisadiyyatın vəziyyəti ilə bağlı cümə axşamı dərc olunmuş hesabatında deyilir.

2022-ci ilin sentyabrında yayılan əvvəlki proqnoz cari ildə iqtisadi artımı 3% proqnozlaşdırırdı. Bununla yanaşı, 2022-ci il üçün region ölkələrində ÜDM artımının təxminləri demək olar ki, dəyişməz qalıb - 2,4% artım, keçən ilin sentyabrında gözləniləndən 0,1 faiz çoxdur, 2024-cü il üçün artım proqnozu isə 3,3% təşkil edib.

"Yüksək qaz qiymətləri və davamlı inflyasiya iqtisadi perspektivə təsir göstərdiyi üçün AYİB regionunda iqtisadi məhsuldarlığın 2023-cü ildə 2,1% artacağı gözlənilir", - mərkəzi ofisi Londonda yerləşən bankın açıqlamasında bildirilir.

"Region ölkələrinin yarıdan çoxunda artım proqnozlarına yenidən baxılıb və proqnozlarda faktiki olaraq artım müşahidə edilməyib. 2024-cü ildə artımın 3,3%-ə qədər sürətlənəcəyi gözlənilir ki, bu da ümumi olaraq orta müddətli təxminlərə uyğundur”, - hesabatda deyilir.

AYİB proqramı regionunda orta inflyasiya 2022-ci ilin oktyabrında 17,5%-ə çatdıqdan sonra ötən ilin dekabrında 16,5%-ə düşüb ki, bu da 1998-ci ildən bəri ən yüksək səviyyədir.

AYİB-in baş iqtisadçısı Beata Javorczyk inflyasiyanı mənfi amil adlandırıb. Bununla bağlı o, bəzi analitiklərin "son illərin böhranlarından, xüsusən də Ukraynadakı münaqişədən sonra bərpa və artım səviyyəsinə dair optimizmini” "əsassız” adlandırıb.


Bölgəyə görə vəziyyət

Vəziyyəti region və ölkələr üzrə nəzərdən keçirsək, o zaman Mərkəzi Asiya dövlətlərində (Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan) orta artım templəri 2023-cü ildə 4,9% təşkil edəcək ki, bu da gözləniləndən 0,1 faiz bəndi yüksəkdir. 2024-cü il üçün artım proqnozu daha parlaqdır - 5,4%.

Bank Mərkəzi Avropa və Baltikyanı ölkələrdə (Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Xorvatiya, Çexiya və Estoniya) ÜDM-in 4% artdıqdan sonra 2023-cü ildə 0,6% yavaşlayacağını proqnozlaşdırır.  Cari illə əlaqədar olaraq, proqnozun 0,7% azalmasından söhbət gedir, 2024-cü ildə artım 2,7% səviyyəsində gözlənilir.

Şərqi Avropa və Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) ÜDM-in ötən il 17,6% azaldıqdan sonra 1,6% artacağı gözlənilir. 2024-cü ildə bank 3,2% artım proqnozlaşdırır.

Cənub-Şərqi Avropada (Bolqarıstan, Yunanıstan, Rumıniya) orta artım templərinin bu il 1,5%-ə (sentyabrda 2%), gələn il isə 3,1%-ə çatacağı gözlənilir.
 
Aralıq dənizi regionunun cənub və şərq ölkələrində (Misir, İordaniya, Livan, Mərakeş və Tunis) bank bu il orta hesabla 4%, 2024-cü ildə isə 4,2% səviyyəsində iqtisadi artım gözləyir.
 
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədi ilə yaradılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirovdur. Bankın əsas ofisi Böyük Britaniyada yerləşir.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol