Rusiya Ukraynanın 11 bölgəsini atəşə tutub
Rusiya ordusu gün ərzində Ukraynanın 11 bölgəsinə hücumlar həyata keçirib. Bu barədə vilayət hərbi administrasiyalarının icmal məlumatında deyilir.
Bildirilir ki, insident nətiəsində şəhərlərin mühüm infrastruktur obyektlərinə raket zərbələri endirilib. Ölən və ya xəsarət alan yoxdur.
Rusia Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə raket hücumu nəticəsində 3 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Bu barədə regional prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əsasən, Zaporojyedəki elektrik obyekti hədəf alınıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Rusiyanın Qara dənizdəki gəmilərdən və bombardmançı təyyarədən buraxdığı 55 raketdən 47-si havada məhv edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox