İsrail təyyarəsi 16 ildən sonra Türkiyəyə uçub
İsrailin 16 ildən sonra ilk sərnişin təyyarəsi Türkiyəyə uçub. Bu barədə "Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, ltəyyarə Türkiyə metropoluna 165 sərnişin, həmçinin dərman preparatları da daxil olmaqla son zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə humanitar yardım çatdırıb.
İsrail hava yollarının Türkiyəyə uçuşları 2007-ci ildə iki ölkə arasındakı fikir ayrılıqları səbəbindən dayandırılmışdı.
Nəşrin yazdığına görə, yaxın həftələrdə İsraillə Türkiyə arasındakı marşrutlar üzrə İsrailə İsrailin daha iki böyük aviadaşıyıcısı - El Al və Arkia qoşulacaq.
2022-ci il sentyabrında İsrail Nazirlər Kabineti İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşları bərpa etməsi həmin il avqustun 17-də elan edilən iki ölkə arasında diplomatik münasibətlərin bərpasının nəticəsidir. Həmin vaxt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sonra isə İsrailin baş naziri Yair Lapid arasında telefon danışığı olub, danışıqlarda diplomatik münasibətlərin tam şəkildə bərpası və iki ölkənin səfirlərinin paytaxtlara qayıtması barədə razılıq əldə olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox