Türkiyədə zəlzələdən qaçanlar yanğında öldülər- VİDEO
Türkiyənin Konya vilayətinin Karatay rayonunda yaşayış evində güclü yanğın baş verib. Bu barədə "TRT Haber" xəbər məlumat yayıb.
Bildirilir ki, əraziyə fövqəladə halların əməkdaşları cəlb edilib və yanğının söndürülməsinə başlanılıb. Bir müddət sonra isə evin damı tamamilə çöküb.
Hadisə zamanı 7 nəfər həyatını itirib, 2 nəfər isə ağır yaralanıb.
Məlumata görə, Suriya əsilli ailə zəlzələnin baş verdiyi Qaziantep vilayətinin Nurdağı rayonundan Konyaya gəlib və kirayə ev tutub.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 bal gücündə zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
www.anews.az

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox