Ukrayna vətəndaşlarını Baxmutdan dərhal təxliyə etməyə çağırıb
Ukrayna vətəndaşlarını Baxmutdan dərhal təxliyə etməyə çağırıb. TASS xəbər veriri ki, bu barədə Ukrayna baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk telegram kanalalından bildirib.
"Mən Baxmutda olan mülki şəxslərə müraciət edirəm. Siz dərhal təxliyyə etməlisiniz", - o, cümə günü vurğulayıb.
Baş nazirin müavininin sözlərinə görə, şəhərdə 6 min dinc sakin yaşayır.
Məlumata görə, hazırda Baxmutun azad edilməsi uğrunda şiddətli döyüşlər gedir. Rusiya qüvvələri şəhərdəki ukraynalı qruplaşmanı gücləndirici və sursatla təmin edən dörd yoldan üçünün kəsilməsinə nail olub.
Fevralın 16-da Ukrayna rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilin Rusiya qüvvələrinin Baxmut vilayətində bütün əsas yüksəklikləri ələ keçirdiklərini bəyan edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox