• $
  • £

Rusiya müharibənin il dönümündə Ukraynanı kütləvi bombardman edə bilər- Mixail Podolyak

Rusiya müharibənin il dönümündə Ukraynanı kütləvi bombardman edə bilər- Mixail Podolyak
17.02.2023 13:22
Fevralın 24-də müharibənin il dönümü ilə əlaqədar Rusiya Ukrayna ərazisinə kütləvi raket hücumu edə bilər. Bu barədə Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak  "Klimenko Time” nəşrinə  müsahibəsində deyib. 

Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna hava hücumundan müdafiə sistemlərini yükləmək üçün hava şarları buraxacaq.

Podolyak bir müddət əvvəl Ukraynanın Rusiya ərazisinə zərbə endirmədiyini, Kiyevin isə müdafiə üçün Qərbin verdiyi silahlardan istifadə etdiyini bildirib.
 
Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda Avropa İttifaqının Zirvə toplantısı keçiriləcək.
 
Daha əvvəl Ukraynanın müdafiə naziri Oleksi Reznikov Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığını bildirib və bunun 24 fevral tarixində başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Ukraynalı nazirin sözlərinə görə, Moskva artıq minlərlə qoşun toplayıb və ötən il başlatdığı işğalın ildönümündə nəsə etməyə çalışdığını bildirib.

Hücum Rusiyanın 23 fevralda qeyd etdiyi rəsmi bayramda – Vətənin Müdafiəsi Günündə də "reallaşa bilər”.
 
Almaniya, ABŞ və Böyük Britaniya Ukraynaya tank göndərilməsinə razılıq verdikdən sonra rəsmi Kiyev döyüş təyyarələrinin də göndərilməsi barədə təkrar müraciət edib.

Reznikov bildirib ki, Moskva mümkün hücum üçün 500 minlik qoşun toplayıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol