Almaniya Ukraynadan gələn 1,1 milyon insana sığınacaq verib
Almaniya indiyə kimi Ukraynadan gələn 1,1 milyon insana sığınacaq verib. Bu barədə Almaniya Federal Statistika İdarəsindən bildirilib.
İndiyə kimi Ukraynadan Almaniyaya təxminən 1,1 milyon qadın, uşaq və kişi gəlib. İnsanların üçdə ikisi 2022-ci ilin martından maya, yəni Rusiyanın hücumundan sonra ilk üç ayda Almaniyaya mühacirət ediblər.
Federal İdarədən bildirilib ki, 2022-ci ildə Almaniyaya immiqrasiya edən ukraynalıların sayı 2014-2016-cı illər arasında Suriya, Əfqanıstan və İraqdan gələn mühacirlərin cəmindən çox olub.
Onlar dərhal müvəqqəti müdafiə alıblar və sığınacaq prosedurundan keçməyiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox