Türkiyədə evlərin bərpası və tikintisi 100 milyard dollara başa gələ bilər
Türkiyədə zəlzələdən zərər çəkmiş evlərin bərpası və tikinti üçün lazımi infrastrukturun yaradılması 100 milyard dollara başa gələ bilər. Bunu Türkiyə Mühəndislər və Memarlar Odaları Birliyinin Memarlar Palatasının rəhbəri Eyüp Muxçu bildirib.
www.anews.az
Muxçunun sözlərinə görə, təbii fəlakət 3,4 milyon binaya ziyan vurub, onların yarısı sökülməli olacaq.
Türkiyli ekspertlər hələ də dağıntının miqyası haqqında bütün məlumata malik deyillər, ona görə də bərpa xərclərinin təxminləri çox müxtəlifdir.
Fevralın 6-da Türkiyənin cənub-şərqində iki dəfə 7.7 və 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin 10 vilayətində dağıntılara səbəb olub.
Son məlumatlara görə 36 mindən çox insan həyatını itirib, 106 mindən çox şəxs yaralanıb. Türkiyə prezidenti zəlzələ ilə bağlı ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.
Zəlzələ səbəbindən dünyanın 95 ölkəsindən Türkiyəyə yardımlar gəlib.
Azərbaycan Türkiyəyə yardıma gedən ilk ölkə olub. Hadisə nəticəsində Azərbaycanın 10 vətəndaşı həyatını itirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox