Lavrov Azərbaycana səfər etməyi planlaşdırır - Zaxarova
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun fevralın sonunda Bakıya səfəri gözlənilir. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfər üzərində iş gedir.
O, həmçinin bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələri Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşlərdə Rusiyanın sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər.
"Həm Ermənistan, həm də Azərbaycan tərəfləri ölkəmizin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər", - Zaxarova söyləyib.
Zaxarova həmçinin bəyan edib ki, Rusiya "bu məsələ ilə bağlı Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə” hazırdır.
Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bildirib ki, erməni tərəfi Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərib.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox