Zəlzələ sığortaçılara 2,4 milyard dollar ziyan vurub
Türkiyədə baş vermiş zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər.
Bu barədə "Karen Clark & Company" adlı fəlakət modelləşdirmə şirkəti məlumat yayıb.
Şirkətin hesabatında qeyd olunub ki, zəlzələlərin vurduğu ümumi maddi ziyan təxminən 20 milyard dollar ola bilər. Hesabat müəlliflərinin məlumatına görə, zəlzələ 41.000-dən çox binanı dağıdıb və ya ciddi şəkildə zədələyib.
Həmçinin bildirilir ki, təbii fəlakət 1939-cu ildə Ərzincan zəlzələsindən sonra Türkiyədə baş vermiş ən böyük miqyaslı hadisədir.
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox