Adanada 4,4 bal gücündə zəlzələ olub
Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,4 bal gücündə zəlzələ olub.
Bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bakı vaxtı ilə saat 04:56-da qeydə alınan yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə baş verib.
Türkiyədə zəlzələ baş verən bölgələrdən biri olan Adanada axtarış-xilasetmə işləri başa çatıb. Bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox