• $
  • £

ABŞ Türkiyə və Suriyaya əlavə 100 milyon dollar yardım göndərəcək

ABŞ Türkiyə və Suriyaya əlavə 100 milyon dollar yardım göndərəcək
20.02.2023 09:43
Amerika Birləşmiş Ştatları Türkiyədə baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə Türkiyə və Suriyaya 100 milyon dollarlıq humanitar yardım ayırıb. Bu barədə Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken tvitter hesabında yazıb.
 
Məlumata görə, ayrılan yardım xilasetmə və bərpa işlərində iştirak edən beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.

Bununla da ABŞ yeni maliyyə yardımı ilə ümumi yardımı 185 milyon dollara çatdırılır.

Fevralın 19-da zəlzələnin dağıdıcı nəticələri ilə yaxından tanış olmaq üçün Türkiyəyə səfər edən ABŞ dövlət katibi Antoni Blinken yeni yardımın ədyal, döşək, qida dəsti, isti geyim, çadır və sığınacaqlar üçün ləvazimatların alınmasına kömək edəcəyini bildirib.

Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Hatayda zəlzələ nəticəsində dağıntıları helikopterdə havadan izləyib.

Yardım həmçinin səhiyyə və tibbi xidmətlər, təmiz su və sanitiriya səyləri və zəlzələdən zərər çəkmiş uşaq və gənclərin təhsilinə yönəlmiş proqramların dəstəklənməsini nəzərdə tutur.
 
Fevralın 6-da  Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 bal gücündə zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
 
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Dünya 16:52
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
İran Türkiyəyə ballistik raket atıb
Dünya 15:49
İran Türkiyəyə ballistik raket atıb
Xamenei ilə vida mərasimi ləğv edilib
Dünya 14:58
Xamenei ilə vida mərasimi ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol