Rusiya ötən sutka ərzində Ukraynaya 35 raket zərbəsi endirib
Fevralın 19-da Rusiya ümumilikdə Ukraynaya 35 raket zərbəsi endirib. Ukraynanın UNİAN agentliyi bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadan məlumat verib.
"Ötən sutka ərzində düşmən 10 raket zərbəsi və 25 aviazərbə endirib. Zərbələr əsasən Luqansk, Donetsk və Zaporojye vilayətlərində qeydə alınıb",- məlumatda qeyd olunub.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 yaşayış məntəqəsinə edilən hücumlarının qarşısı alınıb.

Eyni zamanda, Baxmut istiqamətində Vasyukovka, Berxovka, Baxmut, İvanovskoye, Belaya Qora, Aleksandro-Şultino, Kurdyumovka, Ozaryanovka, Mayorsk atəşə tutulub.
Bundan əlavə, Rusiyanın Baxmut bölgəsinə zərbə endirmək üçün ordu aviasiyasından istifadə edilib.
Xerson istiqamətində ruslar Xerson vilayətində Xerson, Burgunka, Tyaginka, Antonovka, həmçinin Nikolayev vilayətində Oçakov şəhərlərini atəşə tutublar. Nəticədə ukraynalı dinc sakinlər zərər çəkib.
UNİAN-ın məlumatına görə, ruslar martın sonuna qədər Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirməyi planlaşdırırblar.
Bundan əvvəl, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın cəbhədəki vəziyyəti düzəltdiyini və yaxın gələcək üçün planlaşdırılan tədbirlərə hazırlaşdığını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox