• $
  • £

Rusiya ötən sutka ərzində Ukraynaya 35 raket zərbəsi endirib

Rusiya ötən sutka ərzində Ukraynaya 35 raket zərbəsi endirib
20.02.2023 10:05
Fevralın 19-da Rusiya ümumilikdə Ukraynaya 35 raket zərbəsi endirib. Ukraynanın UNİAN agentliyi bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadan məlumat verib.
 
"Ötən sutka ərzində düşmən 10 raket zərbəsi və 25  aviazərbə endirib. Zərbələr əsasən Luqansk, Donetsk və Zaporojye vilayətlərində qeydə alınıb",- məlumatda qeyd olunub.
 
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 yaşayış məntəqəsinə edilən hücumlarının qarşısı alınıb. 

"Son 24 saat ərzində Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Qryanikovka, Luqansk vilayətinin Beloqorovka, Donetsk vilayətinin Vasyukovka, Dubovo-Vasilyevka, Berxovka, Baxmut və İvanovskoye yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib",-  qərargahdan bildirilib. 

Eyni zamanda, Baxmut istiqamətində Vasyukovka, Berxovka, Baxmut, İvanovskoye, Belaya Qora, Aleksandro-Şultino, Kurdyumovka, Ozaryanovka, Mayorsk  atəşə tutulub. 
 
Bundan əlavə, Rusiyanın Baxmut bölgəsinə zərbə endirmək üçün ordu aviasiyasından istifadə edilib.

Xerson istiqamətində ruslar Xerson vilayətində Xerson, Burgunka, Tyaginka, Antonovka, həmçinin Nikolayev vilayətində Oçakov şəhərlərini atəşə tutublar.  Nəticədə ukraynalı dinc sakinlər zərər çəkib.

UNİAN-ın məlumatına görə, ruslar martın sonuna qədər Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirməyi planlaşdırırblar.

Bundan əvvəl, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın cəbhədəki vəziyyəti düzəltdiyini və yaxın gələcək üçün planlaşdırılan tədbirlərə hazırlaşdığını bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
Dünya 13:20
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol