ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
ABŞ, Yaponiya və Koreya Respublikası dəniz əməkdaşlığının inkişaf etdirilməsi və energetika, infrastruktur da daxil olmaqla, iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq yaradıb.Bunu ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
"Bu gün ABŞ, Yaponiya və Koreya Respublikası dəniz əməkdaşlığını inkişaf etdirmək, həmçinin energetika və infrastruktur da daxil olmaqla, iqtisadi layihələri həyata keçirmək üçün Arktika regionunda üçtərəfli tərəfdaşlıq qurdu", – o yazıb.
Rubio tərəfdaşlığın gələcək inkişafı məqsədilə Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.