İran uranın 84%-ə qədər zənginləşdirilməsi ilə bağlı iddiaları rədd edir
İran bir sıra xarici medianın uranın zənginləşdirilməsi səviyyəsinin 84 faizə çatdırılması ilə bağlı bəyanatlarını təkzib edib və İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhroz Kamalvəndi bu iddiaları "faktların saxtalaşdırılması” adlandırıb. Bu barədə İran mətbuatı xəbər verib.
Onun sözlərinə görə, indiyədək İslam Respublikası 60 faizlik zənginləşdirmə həddini aşa bilməyib.
Kamalvəndi daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Tehrana "siyasi təzyiq aləti” adlandırıb.
Bloomberg daha əvvəl adı açıqlanmayan iki yüksək rütbəli diplomata istinadla bildirmişdi ki, İranın nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər keçən həftə 84 faiz zənginləşdirilmiş uran aşkar ediblər.
MAQATE-nin Twitter mesajında qeyd edilir ki, təşkilat İranda uranın zənginləşdirilməsinin həddən artıq olması ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardır və MAQATE-nin direktoru Rafael Mariano Qrossi bu barədə təşkilatın Direktorlar Şurasına məlumat verəcək.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan nüvə sazişi 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa), eləcə də Almaniya arasında imzalanıb. Razılaşmalar Tehrana uranı 3,67 faizədək zənginləşdirməyə və maksimum 300 kq uran istehsal etməyə imkan verir.
ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan sonra İran JCPOA çərçivəsində öhdəliklərini dayandırıb.
www.anews.az

2020-ci il aprelin 17-də İran Natanzdakı nüvə obyektində uranın zənginləşdirilməsinə 60 faiz səviyyəsində başladığını, 22 dekabr 2022-ci ildə isə Fordo obyektində uranın 60 faizədək zənginləşdirilməsinə başladığını elan edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox