Azərbaycanda pomidor istehsalı 8% artıb

2022-ci ildə Azərbaycanda istixanalarda yetişdirilən pomidorun həcmi 369,337 min ton təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 7,6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2022-ci ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar (azalma 5,9%) olan 3154 istixana (2 faiz azalıb) olub.
2022-ci ildə istixanalarda 28,874 min ton xiyar (artım 25,5%), 691,5 ton göbələk (artım 2 dəfə), 129,5 ton kələm (artım 7,8 dəfə), 42,1 ton lobya (artım 1,9 dəfə), 34,7 ton soğan (artım 3,6%), 30,2 ton bibər (azalma 19 dəfə), 29,3 min ton badımcan (artım 6,4 dəfə), 16,3 ton sarımsaq (artım 6,8 dəfə) və 204,4 ton çiyələk (artım 2,2 dəfə) yetişdirilib.
2022-ci ildə ən çox tərəvəz ölkənin Şəmkir, Abşeron, Salyan, Samux, Sabirabad, Kürdəmir, Tovuz rayonlarında, eləcə də Bakının Xəzər, Binəqədi və Sabunçu rayonlarının istixanalarda becərilib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 