• $
  • £

Vardaryan istefaya gedir - Yerinə Nersisyan gəlir - "Hraparak nəşri"

Vardaryan istefaya gedir - Yerinə Nersisyan gəlir -
21.02.2023 10:16
Xankəndində Arait Artunyanın "dövlət naziri" təyin etdiyi Ruben Vardaryanın fevralın 23-də qarşılıqlı anlaşma ilə istefa verəcəyi gözlənilir. Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 
 
Nəşrin əldə etdiyi məlumata görə Vardaryanı separtçıların baş prokuroru Qurgen Nersisyan əvəz edəcək. 
 
Qəzetin yazdığına görə isə Ruben Vardaryan da Xankəndində qalacaq və digər işlərdə yardımçı olacaq. 
 
Siyasi məsələlər üzrə ekspert Samir Hümbətov deyir ki, Vardaryanın gedib, yerinə kiminsə gəlməsi proseslərə heç bir təsirini göstərməyəcək.
 
"Azərbaycan tələb edir ki, Vardaryan da daxil olmaqla separtçı rejimi idarə edənlər birdəfəlik oranı tərk etsin. Vardaynın könüllü istefa verməsi ilə Qarabağda bir dəyişiklik olmayacaq. Separtçı rejimin içində olan şəxslər var ki, onlar bu gün də Qarabağı Azərbaycan torpağı kimi qəbul edir və Azərbaycana birləşmək istəyir. Sadəcə onları idarə edənlər buna imkan vermir", - ekspert bildirib. 

Fevralın 8-də Ruben Vardaryanın Moskvaya getməsi barəsində Ermənistan mətbuatında xəbərlər yayılmışdı və qeyd olunmuşdu ki, o Qarabağa qayıtdıqdan sonra könüllü istefa verə bilər. 
 
Bir neçə gün öncə prezident İlham Əliyev Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla panel çıxışında bildirmişdi ki, Azərbaycan Vardaryanın birmənalı olaraq getməsini tələb edir. 
 
2022-ci ilin sentyabrın 1-də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. 
 
"Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol