Aİ Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
Avropa İttifaqı Ukrayna ərazilərinin işğalı səbəbindən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini 2024-cü il fevralın 24-dək uzadıb. Bu barədə UNİAN xəbər agentliyində məlumat yayılıb.
Bildirilir ki, müvafiq qərar sabah, fevralın 22-də qüvvəyə minir və Rusiyanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini qanunsuz işğal etməsinə aiddir.
"Avropa İttifaqı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə sabit qalır və Rusiyanın qeyri-qanuni ilhaqı ilə bağlı tanınmamaq siyasətini tam şəkildə həyata keçirmək əzmindədir. Birlik bunu tanımır və Rusiya Federasiyasının Ukrayna ərazilərinin işğalını beynəlxalq hüququn pozulması kimi pisləməyə davam edir”, məlumatda deyilir.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Avropa İttifaqının hakimiyyət orqanları Rusiya Federasiyasına qarşı doqquz sanksiya paketi qəbul edib və bu, 1,5 minə yaxın rusiyalıya və Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə təsir edib.
İndi Aİ Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ildönümünə təsadüf edəcək 10-cu sanksiyalar paketini hazırlayır. Eyni zamanda, Polşa və Baltikyanı ölkələr Rusiyanın əksər təbliğat vasitələrinin sanksiyalar paketinə daxil edilməsində tərəfdarıdırlar.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox